Rusiyanın Tver bölgəsində paralimpiyaçı Anton Fedolova hücum edilib. Bu barədə “Tver and Sport” portalı məlumat yayıb.
Hadisə mayın 26-da baş verib. İdmançı ilə hücum edənlər arasında münaqişə yolda məişət zəminində yaranan mübahisəyə görə baş verib. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası zərərçəkənin üzərində çoxsaylı xəsarətlər qeydə alıb, paralimpiyaçı ürəkbulanma və başgicəllənmədən şikayət edib. O, xəstəxanaya yerləşdirilməkdən də imtina edib.
Fedulov əlil arabası ilə çəkic atma növü üzrə dayaq-hərəkət sistemi xəstəlikləri olanlar arasında atletika üzrə beynəlxalq idman ustasıdır. İdmançı iyunun əvvəlində Tunisdə keçiriləcək Atletika üzrə Dünya Kubokunda iştirak etməyi planlaşdırır. 2024-cü ildə Fedulovun Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında neytral idmançı kimi iştirak ərizəsi rədd edilmişdi.
Tural