Messi dogma klubuna qayıdır?

Messi dogma klubuna qayıdır?
05 İyn 2025 09:40

"Qızıl top"un 8 qat qalibi Lionel Messi ilin sonunda "İnter Mayami"ni tərk edəcək.

News365.az xəbər verir ki, o, başa çatacaq müqaviləni artırmaq niyyətində deyil.

“Barselona”nın keçmiş forvardı doğma “Nyuells Old Boyz”a dönmək arzusundadır.

O, bir neçə dəfə karyerasını futbola başladığı komandada başa vurmaq istədiyini açıqlayıb.

Argentinalı ulduzun Səudiyyə Ərəbistanına yollanmaq ehtimalı da var. Onun "Əl-Hilal"a keçməsi mümkündür.

Qeyd edək ki, Messi 2023-cü ilin yayından "İnter Mayami"də oynayır. Bu mövsüm o, MLS-də 13 matçda 10 qol vurub və 5 məhsuldar ötürmə verib.


Sizin reklam burada
Sizin reklam burada