Uşaqlar ulduz futbolçunun evini qarət etdilər

Uşaqlar ulduz futbolçunun evini qarət etdilər
03 İyn 2025 13:40

PSJ-nin yarımmüdafiəçisi Fabian Ruizin evinə iki uşaq oğurluğa girib.

Bu barədə Fransanın "Le Parisien" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, insident Fransa klubunun Milan "İnter"i ilə final oyununda (5:0) qələbə qazanmasından bir gün sonra baş verib. Cinayəti törədən iki azyaşlı hadisə yerində yaxalanıb.

Qeyd edək ki, Ruiz Fransa klubunun cinayət qurbanı olan ilk futbolçusu deyil. 2023-cü ildə PSJ-nin italyan qapıçısı Canluici Donnarumma silahlı hücuma məruz qalıb və evi qarət edilib. Dəymiş ziyanın təxminən 500 min avro olduğu bildirilib.


Sizin reklam burada
Sizin reklam burada