İranın xarici işlər naziri Abbas Əraqçi Yaxın Şərqdə ABŞ-nin iştirakı olmadan kollektiv təhlükəsizlik mexanizmlərinin yaradılmasına çağırıb.
News365.az xəbər verir ki, o bu açıqlamaları Maskatda Oman sultanı Heytəm bin Tarek Əl Səidlə görüşündə verib.
Nazirin rəsmi "Telegram" kanalı onun sözlərini sitat gətirib: "İrana qarşı 40 günlük müharibənin təcrübəsi göstərdi ki, ABŞ-nin bölgədəki hərbi mövcudluğu yalnız qeyri-sabitlik və bölünmə yaradır".
Əraqçi "bölgədəki bütün ölkələri ABŞ-nin müdaxiləsindən azad olaraq öz kollektiv təhlükəsizlik mexanizmlərini inkişaf etdirmək üçün konstruktiv və məsuliyyətli yanaşmağa" çağırıb.