65 min dollarlıq çaydan oğurlandı

65 min dollarlıq çaydan oğurlandı
12 Apr 2024 15:01

Yaponiyanın paytaxtı Tokioda təxminən 65 min dollar dəyərində təmiz qızıldan hazırlanmış çaydanın oğurlandığı bildirilir.

News365.az xəbər verir ki, "NHK" dövlət televiziyasının məlumatına görə, Tokionun Nihombaşı rayonunda məşhur Takashimaya alış-veriş mərkəzində oğurluq baş verib.

Təhlükəsizlik kamerasının görüntülərindən müəyyən edilib ki, 20-30 yaşlarında olan şəxs əvvəlcədən kilidlənməmiş vitrindən qabı götürərək bel çantasına qoyub.

Hadisə yerinə polis qrupları çağırılıb.

Promo məhsullar üçün keçirilən tədbirdə mühafizəçilər olsa da, hadisədən sonra ilk 20 dəqiqə ərzində oğurluğun üzə çıxarılmasının mümkün olmadığı bildirilib.

Şübhəlinin axtarışları davam edir.


Youtube kanalımız

Oxşar xəbərlər