Məşhur fransız muzdlu döyüşçü öldürüldü - FOTO

Məşhur fransız muzdlu döyüşçü öldürüldü  - FOTO
30 Apr 2024 13:32

Çasovıy Yar yaxınlığında aparılan döyüşlər zamanı məşhur fransız muzdlusu Qaben Donnio Şupo öldürülüb. News365.az xəbər verir ki, bu barədə “Foreign Combatants” məlumat yayıb. 

Bildirilir ki, muzdlu döyüşçünün ölüm xəbəri indi üzə çıxsa da, o, aprelin 20-də Rusiya Silahlı Qüvvələrinin şəhərə hücumu zamanı məhv edilib. Şupo aldığı qəlpə yaralarından dünyasını dəyişib. Fransız döyüşçü cəbhə xəttində cəmi bir ay vaxt keçirə bilib.

Qeyd edək ki, Ukraynada Rusiya işğalına qarşı xeyli sayda muzdlu döyüşçülər döyüşərək mübarizə aparırlar.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız
Məşhur fransız muzdlu döyüşçü öldürüldü  - FOTO

Oxşar xəbərlər