58 yaşlı kişi iş yerində öldü

58 yaşlı kişi iş yerində öldü
21 Apr 2026 19:40

Gəncədə 58 yaşlı kişi işlədiyi müəssisədə ölüb.

News365.az xəbər verir ki, hadisə şəhərin beton zavodlarından birində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü Sənani Allahverdiyevin iş vaxtı səhhəti ağırlaşıb və orada vəfat edib.

Əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada