4 ayda Ermənistana 10 milyonluq məhsul ixrac etmişik

4 ayda Ermənistana 10 milyonluq məhsul ixrac etmişik
15:10

Bu ilin ilk 4 ayında Azərbaycandan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

News365.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir. 

Məlumata görə, bu göstərici Azərbaycanın ümumi ixracının 0,08%-ni təşkil edib.

Təkcə aprel ayında Azərbaycandan Ermənistana 3 milyon 889 min ABŞ dolları dəyərində məhsul ixrac edildiyi bildirilir. 

Xatırladaq ki, DGK-nin daha əvvəl açıqladığı məlumata görə, bu ilin mart ayında Azərbaycan Ermənistandan 960 ABŞ dolları dəyərində mal idxal edib. Bu, son 35 ildə Azərbaycanın Ermənistandan ilk məhsul idxalı olub.


Sizin reklam burada
Sizin reklam burada