ABŞ-da Şasta dağına dırmaşan qadın təxminən 1500 fut (457 metrə yaxın) hündürlükdən yıxılsa da, möcüzə nəticəsində sağ qalıb.
Bu barədə məlumatı "CBS News" telekanalı yayıb.
"Kaliforniyadakı Şasta dağında 1500 fut hündürlükdən yıxılan qadın müxtəlif dərəcəli xəsarətlər alsa da, sağ qalmağı bacarıb", — deyə məlumatda qeyd olunub.
Bildirilir ki, 31 yaşlı alpinist qadın dağa üç nəfərlik qrupun tərkibində dırmaşırmış. Hadisədən sonra o, huşu özündə bədənində çoxsaylı zədələr, həmçinin ayaq biləyinin ehtimal olunan sınığı ilə aşkarlanıb. Kaliforniya Yol Patrul Xidmətinin əməkdaşları yaralını uğurlu əməliyyatla dağdan təxliyə ediblər.