Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı

Səhiyyə nazirinin müavinlərinin sayı artırıldı
17:15

Səhiyyə naziri Teymur Musayevin müavinlərinin sayı artırılıb.

News365.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanla "Səhiyyə Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edilib.

Dəyişikliyə əsasən, səhiyyə nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.

Hazırda Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində nazirin üç müavini – İlqar Qasımov, Rasim İsmayılov və Nadir Zeynalov göstərilir.


Sizin reklam burada
Sizin reklam burada