Bakıda "28 May" metrosu yaxınlığında mağazada yanğın baş verir.
Bakıvaxtı.az xəbər verir ki, hazırda Bakının "28 May" metrosu yaxınlığında, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Birinci Korpusu ilə üzbəüz yerləşən mağazada yanğın baş verir.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən briqadaları cəlb edilib. İlkin məlumata görə, yanğının səbəbi hələlik bilinmir.
Hazırda yanğının tam söndürülməsi və hadisənin səbəblərinin araşdırılması istiqamətində işlər aparılır.