Sumqayıtda zəncirvari avtomobil qəzası baş verib

Sumqayıtda zəncirvari avtomobil qəzası baş verib
02 Avq 2026 23:58

Sumqayıtda dörd avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

News365.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, "Land Rover Discovery", "Toyota Camry", "Kia Sorento" və "Hyundai Santa Fe" markalı nəqliyyat vasitələri toqquşub.

Qəza nəticəsində dörd avtomobilə də ciddi maddi ziyan dəyib./ Report 


Sizin reklam burada
Sizin reklam burada