Stressli anlarda niyə tək qalmaq istəyirik? – Psixoloqlardan MARAQLI İZAH

Stressli anlarda niyə tək qalmaq istəyirik? – Psixoloqlardan MARAQLI İZAH
11:11

Həyatda ağır bir məyusluq, itki və ya dərin travma yaşadıqdan sonra bir çox insanın ilk reaksiyası cəmiyyətdən uzaqlaşmaq, zənglərə cavab verməmək və özünə qapanmaq olur. Çox vaxt ətrafdakılar bunu insandan incimək və ya soyuqluq kimi dəyərləndirsələr də, psixologiyada bu halın tam fərqli və dərin bir izahı var.

Mütəxəssislərin "emosional geriçəkilmə" adlandırdığı bu vəziyyət, əslində insanın ətrafdakılardan qaçması deyil, daxilində fırtına qopan hissləri sakitcə həzm etmək cəhdidir.

Beyin eyni anda neçə hissi emal edə bilir?

Psixoloqların fikrincə; kədər, güclü stress və təəccüb hissləri eyni anda yaşandıqda beynin müdafiə mexanizmi işə düşür. Bu zaman duyğuları sözlərlə ifadə etmək həddindən artıq çətinləşir. Yəni insanın susması onun hissizləşdiyini yox, əksinə, emosional yükün daşına bilməyəcək dərəcədə ağır olduğunu göstərir.

Tək kalmaq istəyi tənbəllik deyil, fizioloji yorğunluqdur

Araşdırmalar göstərir ki, güclü stress yalnız ruhu deyil, bədəni də fiziki olaraq tükəndirir. Qanda yüksələn kortizol (stress hormonu) səviyyəsi insanın adi sosial ünsiyyətinə — mesaj yazmaq, zənglərə cavab vermək və ya bir mühitdə oturmaq — ikiqat daha çox enerji sərf etməsinə səbəb olur. Nəticədə insan özünü qorumaq üçün tənha qalmağı seçir.

Nə zaman həyəcan təbili çalınmalıdır?

Psixoloqlar vurğulayır ki, ağır hadisələrdən sonra qısamüddətli özünəqapanma tamamilə təbii və sağlam bir bərpa prosesidir. Lakin bu susqunluq həftələrlə davam edərsə, insanın gündəlik rejimini, iş qabiliyyətini və münasibətlərini iflic edərsə, artıq peşəkar psixoloji kömək almaq şərsizdir. Çünki içəridə boğulan emosiyalar zamanla daha ağır depressiyaya və təşviş pozuntusuna çevrilə bilər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada