Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb
22:04

Türkiyənin şimalındakı Samsun vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.

News365.az "Haber Global"a istinadən xəbər verir ki, hadisəyə sürücünün idarəetməni itirməsi səbəb olub.

İdarəetmədən çıxan avtobus yol kənarına aşıb. Nəticədə 21 nəfər yaralanıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alanların vəziyyəti barədə məlumat paylaşılmayıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada