23 yaşlı qız binadan yıxıldı, vəziyyəti ağırdır

23 yaşlı qız binadan yıxıldı, vəziyyəti ağırdır
02 İyn 2026 15:30

Bakıda gənc qız yıxılaraq ağır xəsarətlər alıb.

News365.az xəbər verir ki, hadisə iyunun 1-i saat 09 radələrində Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində baş verib.

2003-cü il təvəllüdlü Aqilə Həsənova yaşadığı üçüncü mərtəbədəki mənzilin pəncərəsindən yıxılıb.

Xəstəxanaya yerləşdirilmiş A.Həsənovanın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada