Rusiyada maraqlı və möcüzəvi hadisə baş verib. Buryatiya Respublikasında yerli sakinlərdən biri xərçıng xəstəliyinin erkən mərhələdə aşkarlanması sayəsində kimyaterapiyadan istifadə etmədən iki dəfə bu xəstəliyə qalib gəlib. Bu barədə regional Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Xəstənin özü də videomüraciət yayıb. Onun sözlərinə görə, təhlükəli xəstəlik ilk dəfə 2023-cü ildə aşkarlanıb. O, klinikaya flüoroqrafiyadan keçmək üçün gəlib və həkimlər xəstəni tibbi müayinədən keçməyə razı salıblar. Bir neçə gündən sonra müəssisə onunla əlaqə saxlayıb və vacib danışıq üçün xəstəxanaya gəlməyi xahiş ediblər. Bu zaman qadın uşaqlıq yolunda xərçəng hüceyrələrinin olmasını öyrənib. Bundan sonra o, Respublika Onkologiya Dispanserində müalicə olunub. Növbəti il, müntəzəm müayinə zamanı ona erkən mərhələdə böyrək xərçəngi diaqnozu da qoyuldu. Hər iki halda o, xəstəlikləri ilkin mərhələdə aşkar edərək, kimyaterapiyadan da qaça bilib.
“Xəstəlik ilk mərhələdə aşkar edilərsə, sağalma şansı 98%-ə çatır”, - deyə rayon Səhiyyə Nazirliyi xatırladıb və sakinləri mütəmadi olaraq həkimlərə müraciət etməklə öz sağlamlıqlarının qeydinə qalmağa çağırıb.
Tural