ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsini tərk edir

ABŞ-nin Gürcüstandakı səfiri vəzifəsini tərk edir
05 İyn 2025 14:33

ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan öz istəyi ilə vəzifəsindən getmək istəyir.

News365.az bu barədə diplomatik missiyanın sosial şəbəkələrdəki paylaşımına istinadla xəbər verir.

"ABŞ-ni təmsil edən diplomat olaraq 33 il işlədikdən sonra istefaya getmək qərarına gəldim", - o qeyd edib.

O bildirib ki, ABŞ-nin Gürcüstandakı səfiri kimi gördüyü işlərlə fəxr edir.

Diplomat iyulda postundan rəsmən gedənə qədər Vaşinqton və Tbilisi arasındakı əlaqələrin möhkəmləndirilməsi üzərində işləməyə davam edəcəyini vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada