Rusiya Ermənistanın qaz sisteminin modernləşdirilməsinə 270 milyon ABŞ dolları sərmayə qoyacaq.
Bu barədə News365.az “Roscongress” jurnalına istinadən xəbər verir.
Qeyd olunub ki, söhbət Abovyan qazsaxlama məntəqəsinin genişləndirilməsi, qaz kəmərlərinin yenidən qurulması və yeni abonentlərin qoşulmasından gedir.
Bildirilir ki, işlərin 2028-ci ildə başa çatdırılması planlaşdırılır.