Rusiyada hüquq-mühafizə orqanları Lipetsk meriyasına poçtla daxil olan məlumatı araşdırırlar. Söhbət Lipetsk şəhərinin 10 məktəbinin minalanması ilə bağlı yayılan xəbərdən gedir. Bu barədə Lipetsk vilayəti hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Belə hallarda sakitliyi qorumaq və hadisə yerində çalışan hüquq-mühafizə orqanlarının əməkdaşlarının göstərişlərinə əməl etmək lazımdır”, - deyə məlumatda bildirilir.
Xatırladaq ki, dekabrın 23-də Dağıstanda bir yeniyetmə xeyli sayda yalançı bomba hədələri yaydığı üçün saxlanılmışdı.
Tural