Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi20 km/saat endirildi

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi20 km/saat endirildi
12:19

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib. Eyni zamanda bütün tablolarda “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.


    Sizin reklam burada
    Sizin reklam burada