Bakıda çadralı qadınlar bıçaqla mağazaya basqın etdilər

Bakıda çadralı qadınlar bıçaqla mağazaya basqın etdilər
15:39

Fevralın 20-də günorta saatlarına Bakının Keşlə qəsəbəsində soyğun hadisəsi baş verib.

News365.az Globalinfo.az-a istinadla xəbər verir ki, 5-6 qadın qara çadrada, üzlərində niqab Keşlə məscidinin yaxınlığındakı “Al Market” şəbəkəsinə məxsus mağazaya giriblər. Onlar əllərində bıçaq, ülgüc tutaraq kassada işləyən əməkdaşları hədələyib, oradakı pulu götürüblər.

Hadisə şahidlərinin dediyinə görə, soyğunçular Azərbaycan dilində danışıblar, həmçinin aralarında başa düşülməyən başqa dildə də söhbət ediblər. Hadisə şahidləri onu da bildirib ki, marketə basqın edən qadınların əllərində pipetli əşya olub, ordan öz ağızlarına maye fısqırdırmışlar.

Bütün soyğun prosesi marketin müşahidə kameraları tərəfindən qeyd edilib.


Sizin reklam burada
Sizin reklam burada