"Binə" TM-də dəhşət: oteldə ülgüclə doğranmış meyit tapıldı

"Binə" TM-də dəhşət: oteldə ülgüclə doğranmış meyit tapıldı
15:44

Bakıda oteldən meyit tapılıb.

News365.az lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində yerləşən “Binə” ticarət mərkəzindəki “Atabala” otelində qeydə alınıb.

Otelin otaqlarının birində Lənkəran rayon sakini, 59 yaşlı Vaqif Hüseyn oğlu Hüseynovun meyiti tapılıb.

Meyitin üzərində ülgüclə yetirilmiş xəsarətlər olub.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin motivi və əlavə təfərrüatlar istintaq zamanı bəlli olacaq.


Sizin reklam burada
Sizin reklam burada