Zərdabda yol qəzası olub, xəsarət alanlar var.
News365.az xəbər verir ki, hadisə Kürdəmir-Zərdab avtomobil yolunun Zərdab rayonunun Qaravəlli kəndindən keçən hissəsində baş verib.
İki minik maşınının toqquşması nəticəsində 8 nəfər xəsarət alıb. Xəsarət alanlar Zərdab rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.