Zelenskinin mövqeləri ABŞ-ın planları ilə zəiflədilir

Zelenskinin mövqeləri ABŞ-ın planları ilə zəiflədilir
13:25

Ukrayna prezidenti Volodimir Zelenskinin mövqelərinin zəifləməsinə xidmət edən amillərdən biri ABŞ-ın sülh planları və yerli hadisələrdir.

Politoloq Bakir Həsənbəyli News365.az-a açıqlamasında bildirib ki, Zelenskinin komandasında dəyişikliklər və yeni strategiyanın formalaşması uzun zaman alacaq.


Həsənbəyli vurğulayıb ki, Rusiya tərəfi də danışıqlarda Zelenskini səlahiyyətsiz göstərməyə çalışır. Lakin Ukrayna qanunvericiliyinə görə, müharibə şəraitində prezident seçki keçirilənədək səlahiyyətlərini davam etdirir, parlament isə fəaliyyətini dayandırmır. Konstitusiyanın 108-ci maddəsinə əsasən, növbəti prezident and içməyincə mövcud prezidentin səlahiyyətləri tam qüvvədədir.

Politoloq qeyd edib ki, ABŞ-ın alternativ planlarda iştirak etməsi və əvvəl verilən vədlərlə indiki münasibət arasında böyük fərqlərin olması təəssüf doğurur.


Sizin reklam burada
Sizin reklam burada