"Zelenskinin Davos çıxışını ingilislər diktə etdi" -Zaxarova

"Zelenskinin Davos çıxışını ingilislər diktə etdi" -Zaxarova
17:00

2024-cü ilin mayında səlahiyyət müddəti başa çatmış Ukrayna prezidenti Vladimir Zelenskinin Davos forumundakı çıxışı ingilislərin diktəsi ilə olub. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, Zelenskinin Davosda müxtəlif ölkələrdən gələn nümayəndələrlə bütün söhbətlərini “narkotik dəlilik” adlandırıb.

"Zelenskinin 2022-ci ilin yazında baş verənləri danışıqlar adlandıra bilməyəcəyi ilə bağlı açıqlamaları məni şoka saldı. Onda niyə bütün bu müddət ərzində susurdu? Həmin günlərdə bunu açıqlamağa nə mane oldu? O zaman niyə danışıqlar tələb olunur?" – Zaxarova brifinq zamanı qeyd edib.

Onun fikrincə, bu fikirlər dünya ictimaiyyətini yanlış yola yönəltmək üçün növbəti cəhd olub. Çünki “müharibə partiyası”nın bütün bu kimi tərəfdarları üçün əsas odur ki, sülh baş tutmasın.


Tural