Volodimir Zelenski 9 May ərəfəsində Böyük Vətən müharibəsində Qələbənin 81-ci ildönümünə həsr olunmuş parad tədbirləri zamanı Moskvaya səfər etməyi məsləhət görmədiyini bildirib.
News365.az xəbər verir ki, dövlət başçısı bu barədə özünün "Telegram" kanalında paylaşım edib.
Prezidentin sözlərinə görə, Ukrayna hərbçiləri Rusiyanın Perm vilayəti və Xəzər dənizi akvatoriyası da daxil olmaqla bir sıra obyektlərə zərbələr endiriblər. Vurulan hədəflər arasında "Kalibr" raketləri daşıya bilən gəmi, eləcə də Ukrayna sərhədindən uzaqda yerləşən neft infrastrukturu da olub.
Zelenski xatırladıb ki, Kiyev mayın 6-dan etibarən atəşkəs təklif etsə də, buna cavab olaraq Rusiya tərəfindən yalnız yeni hücumlar və təhdidlər gəlib.
O qeyd edib ki, Moskva 9 May tədbirlərini sakit şəraitdə keçirməyə çalışır və Ukrayna tərəfinin ehtimalına görə, bundan dərhal sonra hərbi əməliyyatları yenidən aktivləşdirə bilər.
Ukrayna lideri əlavə edib ki, həmin tarixdən sonra mümkün zərbələrin endiriləcəyi ilə bağlı artıq bəyanatlar səsləndirilir.
Zelenski Rusiya rəhbərliyinin açıqlamalarını "qeyri-adekvat məntiq" adlandırıb və Rusiyaya yaxın bəzi ölkələrin 9 May tədbirləri üçün Moskvaya nümayəndə heyətləri göndərməyi planlaşdırdıqlarını diqqətə çatdırıb.
Ukrayna prezidenti həmin ölkələrə Rusiya paytaxtına səfər etməkdən çəkinməyi tövsiyə edib.