Ukrayna prezidenti Volodimir Zelenskinin nüfuzu aşağı düşür. Xarici KİV-in yaydığı məlumata görə, ukraynalılar arasında etibar reytinqinə əsasən ölkənin hazırkı prezidenti üçüncü yeri tutub. Saytlar “New Image Marketing Group”un sorğusuna istinad ediblər.
Sorğunun nəticələrinə görə, ölkə vətəndaşları Böyük Britaniyada səfir olan Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeriy Zalujnıya ən çox (70%) etimad göstəriblər. Kəşfiyyat rəhbəri Kirill Budanova isə ondan bir qədər az (65%) etimad göstərilib. Zelenski respondentlər arasında 58% səs toplayıb.
Nəşr qeyd edib ki, əgər bu həftə ölkədə prezident seçkiləri keçirilsəydi, ukraynalıların 28,9%-i birinci turda Zelenskiyə, 16,7%-i isə Zalujnıya səs verəcəkdi. Bununla belə, ikinci turda Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı 32%-ə qarşı 37% ilə daha çox səs toplayaraq hazırkı liderə qalib gələcəkdi.
Tural