Zelenski: Rusiya ilə 1200 məhbusun mübadiləsinə hazırlıq gedir

Zelenski: Rusiya ilə 1200 məhbusun mübadiləsinə hazırlıq gedir
18:15

Ukrayna Prezidenti Volodimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov və onun aparatının rəhbəri Andrey Yermak ilə İstanbulda keçirilən danışıqlardan sonra Rusiya tərəfi ilə əldə edilmiş razılaşmaların yerinə yetirilməsi, həmçinin yeni görüşə hazırlıq məsələlərini müzakirə edib.

News365.az xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında yazıb.

O, qeyd edib ki, əsas məsələlər arasında əsirlərin mübadiləsinin davam etdirilməsi də var. 1200 nəfərin mübadiləsi ilə bağlı razılaşma var, siyahılar üzərində iş davam edir. Ukrayna həmçinin mülki vətəndaşlarının geri qaytarılması üzərində işləyir, hər bir adla bağlı məlumatları araşdırır.

Ukrayna liderinin sözlərinə görə, Yermak əsas diplomatik tərəfdaşlarla qarşılıqlı əlaqələr, xüsusilə ABŞ ilə təmaslar və Rusiyaya aparılan uşaqların geri qaytarılması səyləri barədə məlumat verib.

Görüşdə Ukraynanın hava hücumundan müdafiə sisteminin inkişafı və Rusiya logistikasına qarşı uzaqmənzilli zərbələr də müzakirə edilib.


Sizin reklam burada
Sizin reklam burada