“Putin Amerikadan qorxur. Kellog gələndən bəri artıq iki gecədir ki, Ukraynaya genişmiqyaslı raket hücumları olmur”.
News365.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Newsmax” telekanalına müsahibəsi zamanı deyib.
Zelenskinin sözlərinə görə, amerikalı general və diplomat Kit Kellogun Ukraynaya səfəri Rusiya rəhbərliyində açıq şəkildə qorxu və ehtiyat hissi yaradıb.
O bildirib ki, cəbhədə və şəhərlərdə iki gecədir səssizlik hökm sürür, halbuki bundan əvvəl ard-arda hava hücumları olurdu.
“Artıq insanlar zarafatla deyirlər, Kelloga Ukrayna vətəndaşlığı verək, qoy burda yaşasın,” – deyə Zelenski əlavə edib.
Prezidentin bu sözləri Ukrayna ictimaiyyətində də rezonans doğurub və sosial şəbəkələrdə bu fikirlə bağlı müxtəlif paylaşımlar yayılıb.
Zelenski ABŞ-ın Ukraynaya dəstəyinin və nümayəndələrinin mövcudluğunun real təsir gücünə malik olduğunu göstərmək istədiyini bildirib.
Onun fikrincə, bu kimi səfərlər Kremlə birbaşa siqnaldır, yəni Ukrayna tək deyil.