Zaqatalada Yeni ilin ilk günü yol qəzası olub - YENİLƏNİB

Zaqatalada Yeni ilin ilk günü yol qəzası olub - YENİLƏNİB
16:46

Zaqatalada baş verən yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.

News365.az-ın məlumatına görə, xəsarət alanlar rayonun Yuxarı Tala kənd sakinləridi.

    “Changan” markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Vahab Ziyəddin oğlu Mahmudov və “VAZ 2106” markalı avtomobilin sürücsü Nadir Nərman oğlu Mustafayevdi.

    ***

    Zaqatalada Yeni ilin ilk günü yol qəzası baş verib, xəsarət alanlar var.

    News365.az-ın məlumatına görə, hadisə günorta saatlarında Zaqatala-Aşağı Tala avtomobil yolunda baş verib. Hərəkətdə olan minik avtomobilləri toqquşub.

      Qəza zamanı VAZ 2106 markalı avtomobilin sürücüsü və srnişin xəsarət alıb.

      Yaralılar Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun İkinci Təcili Tibbi yardım şöbəsinə yerləşdiriblər.

      Hazırda yaralılara ilkin tibbi yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

      Faktla bağlı Zaqatala rayon polis Şöbəsində araşdırma aparılır.


      Sizin reklam burada
      Sizin reklam burada