İsveçdə azyaşlı cinayətkarlara qarşı sərt tədbir təklif edilir.
News365.az xəbər verir ki, hökumət 15 yaşdan kiçik şəxslərin törətdiyi ağır cinayətlərə görə onların sosial xidmət müəssisələrinə deyil, həbsxanalara göndərilməsini təklif edib.
Hökumət hesab edir ki, əvvəlki yumşaq yanaşma nəticə verməyib və azyaşlıların cinayətkar qruplar tərəfindən istifadə olunmasının qarşısını almaq üçün daha sərt tədbirlərə ehtiyac var.
Təklifin yaxın vaxtlarda müzakirəyə çıxarılması gözlənilir.