Maştağada baş verən yanğın məhdudlaşdırılıb- YENİLƏNİB

Maştağada baş verən yanğın məhdudlaşdırılıb- YENİLƏNİB
02 İyn 2026 23:57

Qurumdan bildirilib ki, yanğın qısa müddətdə məhdudlaşdırılıb.

***

23:51

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. 

Bu barədə News365.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.

Əlavə məlumat veriləcək.


Sizin reklam burada
Sizin reklam burada