Günəşdə güclü PARTLAYIŞ

Günəşdə güclü PARTLAYIŞ
03 İyn 2026 15:19

İyunun 3-ü səhər saatlarında Günəşdə ən yüksək X sinfinə yaxın yeni partlayış qeydə alınıb.

News365.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"İyunun 3-ü Moskva vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 9:00 - red.) 4455 günəş ləkəsi qrupunda (N15W16) rentgen diapazonunda 27 dəqiqə davam edən M7.8 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.

Daha əvvəl M9.3 partlayışı barədə məlumat verilmişdi.


Sizin reklam burada
Sizin reklam burada