Sükan arxasında yuxulayan sürücü qəzada öldü

Sükan arxasında yuxulayan sürücü qəzada öldü
11:55

İyunun 2-si saat 23 radələrində, Ələt-Astara avtomobil yolunun 90-cı kilometrində, Xırmandalı kəndinin ərazisində Aləddin Babayevin idarə etdiyi “Ford Transit” markalı avtomobil qarşıda gedən Kəramət Ağayevin idarə etdiyi “Mercedes” markalı yük avtomobili ilə toqquşub.

News365.az xəbər verir ki, qəza nəticəsində “Ford”un sürücüsü hadisə yerində ölüb.

Onun sükan arxasında yuxuladığı ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada