Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçkisi üçün yenidən qurultay təşkil ediləcək.
News365.az-ın əldə etdiyi məlumata görə, bundan əvvəl keçirilən qurultay legitim sayılmayacaq.
Qeyd edək ki, mayın 26-da keçirilən qurultayda sədrliyə namizəd olan rejissor Əli İsa Cabbarov konfrans iştirakçılarının yekdil səs verməsi ilə sözügedən posta dəstəklənib. Lakin 460 ittifaq üzvünün 230-nun iştirakı təmin olunmadığına görə səs yetərsay hesab edilməyib. Ədliyyə Nazirliyi legitimliklə bağlı hələ ki, açıqlama yaymayıb.
News365.az