"Zalujni Ukraynada Zelenskini geridə qoya bilər".
Ukrayna Prezidenti Vladimir Zelenskinin siyasi təcrübəsi olmadığını vurğulayan politoloq Əhməd Şahidov News365.az-a bildirib ki, qısa müddət ərzində Rusiya ilə bağlı sərt açıqlamaları onun reytinqini yüksəldib.
Onun sözlərinə görə, hazırda aparılan rəsmi sorğular Zelenskinin yüksək reytinqini təsdiqləsə də, Ukraynanın keçmiş baş komandanı Valeri Zalujni də az dəstəyə malik deyil.
“Əgər yaxın vaxtlarda prezident seçkiləri keçirilsə, Zalujninin Zelenskiyə qalib gəlmə ehtimalı daha yüksəkdir. Bundan başqa, Qərb dairələrinin münasibəti də önəmlidir. Həm Böyük Britaniya, həm də ABŞ-ın bəzi siyasi çevrələri Zalujnini ciddi siyasi fiqur kimi görür. Onun dəstəklənməsi Ukraynanın siyasi mənzərəsini ciddi şəkildə dəyişə bilər”, – deyə Əhməd Şahidov açıqlamasında qeyd edib.