Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın ölkəni tərk etməsinə icazə verib.
News365.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Qeyd olunub ki, məxfi sayılan məlumatlar təqdim edilməli olduğu üçün məhkəməyə bağlı qapılar arxasında baxılıb.Yalnız görüş başa çatdıqdan sonra jurnalistlər Ermənistan məhkəməsinin Serj Sarkisyanın ölkəni tərk etməsinə icazə verildiyini öyrənib.