Vəkillik fəaliyyəti müstəqil hüquq fəaliyyəti kimi tanınacaq

Vəkillik fəaliyyəti müstəqil hüquq fəaliyyəti kimi tanınacaq
16:17

Milli Məclis “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik təklifini müzakirəyə çıxarıb.

News365.az xəbər verir ki, təklifə əsasən, vəkillik yalnız vəkil tərəfindən fiziki və hüquqi şəxslərin, həmçinin dövlət orqanlarının hüquqlarının təmin olunması və müdafiəsi məqsədilə həyata keçirilən müstəqil hüquq fəaliyyəti kimi tanınacaq.

Hazırkı qanuna görə, yalnız Vəkillər Kollegiyasına üzv qəbul olunmuş və vəkil andı içmiş şəxslər fəaliyyət göstərə bilirdi. Dəyişikliyə görə, həmçinin vəkil qurumlarının dövlət qeydiyyatından keçməsi və Vəkillər Kollegiyasının təsdiqi şərt olacaq.

Qanun layihəsi birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.


Sizin reklam burada
Sizin reklam burada