“FİFA prezidenti olsaydım, VAR yaranmazdı”

“FİFA prezidenti olsaydım, VAR yaranmazdı”
16:44

“FİFA prezidenti olsaydım, VAR heç vaxt yaranmazdı”. 

News365.az “Sporty TV”yə istinadən xəbər verir ki, bu sözləri UEFA-nın keçmiş prezidenti Mişel Platini deyib. 

O, VAR texnologiyası haqda qərəzli ifadələr səsləndirib:

“Futbolun təbiiliyini qorumaq lazımdır. Mən yalnız ofsaydı müəyyən etmək üçün VAR-dan istifadə edərdim. Qalan hər şey təfsirdən asılıdır. Ona görə də biz hakimlərə oyunu futbol qaydalarına uyğun şərh etmələrinə icazə verməliyik”.


Sizin reklam burada
Sizin reklam burada