Emre Belözoğlunu o əvəzləyəcək

Emre Belözoğlunu o əvəzləyəcək
17:55

Türkiyənin “Antalyaspor” klubunun yeni baş məşqçisi bəlli olub.

News365.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalya təmsilçisi Erol Bulutla anlaşıb.

Son olaraq “Qaziantep”i çalışdıran 50 yaşlı mütəxəssislə 2 illik müqavilənin bağlanması nəzərdə tutulur.

Xatırladaq ki, klubu bundan öncə Emre Belözoğlu çalışdırıb.

Qeyd edək ki, Erol Bulut “Yeni Malatyaspor” (2017-2019), “Alanyaspor” (2019-2020), “Fənərbaxça” (2020-2021), “Qaziantep” (2021-2023) və “Kardiff Siti” (2023-2024) komandalarını çalışdırıb.


Sizin reklam burada
Sizin reklam burada