Vəkilin siyasi baxışı olmamalıdır. O, hüquqi aspektə əsaslanıb, qərarlarını ədalətə uyğunluğuna əsasən verməlidir.
News365.az xəbər verir ki, bunu Milli Məclisin deputat Siyavuş Novruz bugünkü plenar iclasda deyib.
“Biz bəzən görürük ki, bəzi hakimlər qərar verərəkən hüquq və ədalət kənarda qalar, öz maraqlarına əsasən müxtəlif şəxslərə dövlət əleyhinə olduğunu bildirərək onları ittiham edir”.
Deputat bu cür hallarda həmin hakimlərin cəzalandırılmalı olduğunu da qeyd edib.
Deputat Erkin Qədirli isə Siyavuş Novruzun şərhinə qatılmadığını bildirib.
O qeyd edib ki, hüquq peşəsini siyasətdən tamamilə ayırmaq olmur. Amma vəkillik özünəməxsus işdir, o özünü idarə edən qurumdur:
“Ona görə də, vəkillərə siyasətdən uzaq durmaq tələbi qoymaq doğru deyil. Ola bilər ki, hanıssa vəkil məhkəmə prosesində bu cür hallara yol verir, amma məhkəmə hakimin nəzarətində keçirilir və hakim buna müdaxilə edə bilər”.
Həmçinin Erkin Qədirli vurğulayıb ki, dünya təcrübəsində də bu kimi halar var. Vəkil məhkəmədə gedən işlə bağlı siyasi şərhlər verə bilər. Bu məhkəmə zalından qıraqda olur və haqqı da olmalıdır. Buna görə vəkilləri qınamaq, inzibati tədbir görmək və buna çağırış etmək doğru deyil.