Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı və hazırda Ukraynanın Londondakı səfiri işləyən Valeriy Zalujnı diqqət çəkən açıqlamalar verib.
O, bəyan edib ki, Kiyev təslim olmaq niyyətində deyil və Rusiya ilə münaqişəni davam etdirəcək. Onun Londondakı Yunan Katolik Katedralindəki çıxışından sözlərini Ukraynanın NV portalı sitat gətirib.
“Bu müharibə bitməyib. Ukrayna təslim olmayacaq. Sizin köməyinizlə biz qələbə qazanacağıq", - deyə Zalujnı bildirib.
Səfir hər kəsi əmin edib ki, Kiyev Rusiya ilə münaqişədə qələbə əzmindədir. Lakin Qərb dövlətlərinin köməyi olmadan buna nail olmaq mümkün olmayacaq.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural