Ağdamda mağazaya ildırım düşdü - YANĞIN OLDU - FOTO

Ağdamda mağazaya ildırım düşdü - YANĞIN OLDU - FOTO
09:40

İyunun 14-də səhər saatlarında Ağdam rayonunda mağazaya düşən ildırım yanğına səbəb olub.

Hadisə Ağdam rayonunun Qaradağlı kəndində baş verib. 

İldırım kənd sakini İbadov Fikrət Soltan oğluna məxsus mağazaya düşüb və yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və canlı qüvvəsi cəlb edilib. Yanğının yaxınlıqdakı evə keçməsinin qarşısı alınıb. 

Hazırda yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür.



Sizin reklam burada
Sizin reklam burada