Avropa liderləri Trampla İstanbul danışıqlarını müzakirə ediblər

Avropa liderləri Trampla İstanbul danışıqlarını müzakirə ediblər
16 May 2025 18:45

Ukrayna Prezidenti Volodimir Zelenski və bir sıra Avropa liderləri ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıblar.

Ukrayna KİV-inin yaydığı məlumata görə, bu barədə ölkə Prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib.

Tərəflər İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında aparılan danışıqları müzakirə ediblər.

Zelenski ilə yanaşı, Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Polşanın Baş naziri Donald Tusk da Trampla telefon danışığı aparıblar.

"Bəli, İstanbul danışıqları əsas müzakirə mövzusu olub", - S.Nikiforov qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada