Moskvanın Osennı bulvarında onlarla avtomobilə zərər vurulub. Bu barədə Mash Telegram kanalı məlumat yayıb. Avtomobillərə rənglərlə müxtəlif işarələr yazılıb. Bəzi saytlar hətta yüzə yaxın maşına ziyam dəydiyini iddia edir. Rəsmlər avtomobillərin kapotlarına çəkilib. Hazırda hadisəni törədənlər axtarılır.
"Çəkilən simvol "darknet"dən-yəni internetin qaranlıq şəbəkəsindən olan "Pianist" ləqəbli anonim piromaniya ilə əlaqələndirilir. O, Rusiyanın hazırki siyasətinə qarşı çıxan musiqiçilərin və ictimai xadimlərin evlərinin qapılarının yandırılmasına görə məsuliyyəti öz üzərinə götürür. Yanğın baş verən yerlərdə də avtomobillərə çəkilmiş musiqi notunu xatırladan təsvirlər qeyd edilir. 2025-ci ilin fevralında xarici agent Levanın qapısı da bu yolla yandırılıb",- nəşr yazıb.
Hazırda hüquq-mühafizə orqanları avtomobilləri dəqiq kimin rəngləməsini müəyyənləşdirir. Avtomobillərin sahibləri isə polisə ifadə veriblər.
Tural