ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova oğlu Ceyhunla bağlı paylaşım edib.
News365.az xəbər verir ki, jurnalist övladının evdə səliqəyə riayət etmədiyini bildirib:
"Mənə pis ana deyə bilərsiniz. Bu pintiliyə görə onu evdən qovmuşdum. İnanın, otağı bu vəziyyətdə olurdu. Amma qovulandan sonra evə qayıdanda divarları öpüb dedi: "Ana, bu evin qaydalarına qurban olaram".
Maşını ona təmiz vermişdim. 4 aydır həmin maşın zibilliyə çevrilib. Nə istəsəniz, içindən tapmaq mümkündür. Sonda paylaşdığım foto isə mənim təmizliyimdən bir parçadır. Onu da uşaqlar bəyənmir".
Qeyd edək ki, Qənirə Ataşova iki oğul anasıdır.