"Liverpul"un keçmiş baş məşqçisi Yurgen Klopp məşqçilik karyerasını bərpa etmək fikrində deyil.
News365.az xəbər verir ki, o, indi olduğu yerdən məmnunluğunu qeyd edib.
"Yeni bir yol sınamaq istəyirdim. "Red Bull" mənə uyğun bir rol təklif etdi və biz birlikdə inkişaf edirik. Olduğum yerdən məmnunam. Başqa yerdə olmaq istəyim yoxdur. Ömrümün sonuna qədər məşqçi işləmək istəmirəm. Yeni işim sayəsində bir çox insanla tanış olmuşam və çox sayda işgüzar görüşdə iştirak etmişəm", - deyə baş məşqçi bildirib.
Qeyd edək ki, Klopp hazırda "Red Bull" şirkətində qlobal futbol rəhbəri vəzifəsini tutur./oxu.az