Yük maşını aşıb - Xəsarət alan Türk vətəndaşıdır

Yük maşını aşıb - Xəsarət alan Türk vətəndaşıdır
16:45

Bakı-Qazax-Gürcüstan yolunda yük maşını aşıb, News365.az xəbər verir ki, Türkiyə vətəndaşı xəsarət alıb. Hadisə magistral yolun Ağstafa rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə vətəndaşı 51 yaşlı Fərruh Perçinin idarə etdiyi “TIR” tipli yük avtomobilinin aşması nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada