Yıxılıb kor olan 98 yaşlı qadının görmə qabiliyyətini bərpa etdilər

Yıxılıb kor olan 98 yaşlı qadının görmə qabiliyyətini bərpa etdilər
22 Mar 2025 12:11

Rusiyada maraqlı hadisə baş verib. Lyubertsı xəstəxanasının həkimləri yıxıldıqdan sonra bir gözü kor olan yaşlı xəstənin sağlamlığını bərpa edəb biliblər. Bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.


98 yaşlı qadın yıxıldıqdan sonra görmə qabiliyyətinin itirilməsi şikayəti ilə tibb müəssisəsinə müraciət edib. Məlum olub ki, təqaüdçü 15 il əvvəl katarakta əməliyyatı keçirib. "O, yıxıldığına görə az qala süni lent gözünün dibinə enib və bu da korluğa gətirib çıxarıb", - həkimlər qeyd ediblər.


Lyubertsı Regional Xəstəxanasının oftalmologiya şöbəsinin müdiri Yelena Mityaeva isə deyib: "Sadəcə iki ponksiyon oldu və biz linzanı yerinə qaytardıq",- dedi. Bəzi mütəxəssislər belə yaşda xəstələrdə görmə qabiliyyətini bərpa etmək üçün uğurlu əməliyyat aparılmasını nadir hadisə sayırlar.

Tural


Sizin reklam burada
Sizin reklam burada