Braziliyada həkimlər TikTok "çelenc"i üçün dezodorantla inhalyasiya edən qızı xilas edə bilməyiblər. Bu barədə Metropoles məlumat yayıb.
"Bədbəxt hadisə aprelin 10-da Seylandiya bölgəsində baş verib. Səkkiz yaşlı Sara Pereyra TikTok-da məşhurlaşan “dezodorant challenge”da iştirak etmək qərarına gəlib. Bunun üçün o, huşunu itirməsinə səbəb olan aerozol dezodorantından qaz iyləyib. Zərərçəkmiş təcili olaraq yerli xəstəxanaya aparılıb. Qız reanimasiyada göstərilən səylərə müsbət reaksiya verməyib, bundan sonra ona beyin zədəsi diaqnozu qoyulub", - nəşr yazıb.
Üç gün sonra məktəbli qızın ürəyi dayanıb. Ailə polisə şikayət edib.
Tural